Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Amerikada cinsi təcavüz qalmaqalına görə nazir istefa verdi

ABŞ-ın əmək naziri Aleksandr Aleksandr Akosta istefa verib. O, bu vəzifəni iyulun 19-na qədər icra edib, sonra işdən gedəcək.

Bizimyol.info xəbər verir ki, azyaşlılara qarşı cinsi təcavüzdə ittiham edilərək bugünlərdə həbs olunan milyarder Cefri Epşteynlə bağlı qalmaqalda nazirin də adı hallanıb. Akosta deyib ki, baş verənlərin Tramp administrasiyasına təsir göstərməməsi üçün istefa vermək qərarına gəlib.

Prezident Donald Trampın adına ünvanlanmış istefa ərizəsinin surətini nazir “Twitter” səhifəsində də paylaşıb. Tramp da öz növbəsində naziri tərifləyərək, onun istefasını qəbul edib. Deyib ki, ki, özü bu barədə qərar veribsə, qəbul olunmalıdır.

Akosta 2008-ci ildə Florida ştatında federal prokuror olub. İlk dəfə o zaman Epşteynlə bağlı cinsi təcavüz qalmaqalı yarananda onunla istintaq arasındakı sövdələşmənin iştirakçılarından biri də Akosta olub. O zaman milyarder yetkinlik yaşına çatmayan şəxslərlə pul müqabilində münasibətdə olmaqda ittiham edilib. Epşteyn özünü təqsirli bilib. Lakin ona həmin vaxt cəmi 13 ay həbs cəzası verilmişdi.

Epşteynin yaxşı münasibəti olan siyasətçilər arasında ABŞ-ın indiki rəhbəri Donald Tramp, keçmiş prezident Bill Klintonun da adı çəkilir.

İyulun 6-da Nyu-Yorkda həbs olunan Epşteynə qarşı irəli sürülmüş ittihama əsasən, ona yetkinlik yaşına çatmamış qızları cinsi istismara məruz qoymaq imkanı yaradan kriminal şəbəkəni dəstəkləməkdə təqsirləndirilir. Cinayət işində bəhs olunan hadisələrin 2002-2005-ci illərdə baş verdiyi bildirilir.

Son xəbərlər
Bütün xəbərlər »