Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çox yesələr də, tez-tez acanlar üçün həkim məsləhəti

Bəzi insanlar həddən artıq iştah, şirniyyata meylli olmaq, çox yesələr də, tez- tez acmaqdan şikayətçidirlər.

Müxtəlif diyetlərlə arıqlamağ cəhd etsəniz də, qarın ətrafında kəmər kimi toplanmış piy təbəqəsi, yorğunluq, əzginlik yuxulu halınız size narahat edirsə yəqin ki, insulin dirənci- metobolik sindromdan əziyyət çəkirsiniz.

Bizimyol.info bu gün kardioloq-terapevt Sevinc Qurbanovanın köməyi ilə metobolik sindrom barədə ətraflı məlumat verməyə çalışacaq.

- Metobolik sindrom nə deməkdir? Onun mahiyyəti barədə məlumat verməyinizi istərdik.

- Metobolik sindrom tibbdə xəstəlik yox, bu vəziyyətin qarşısı alınmazsa gələcəkdə ağırlaşamala gətirə bilən risk faktorları qrupudur. Ümumdünya Səhiyyə Təşkilatı ekspertlərinin fikirincə metobolik sindrom XX əsrin pandemiyası hesab olunur və əsasən inkişaf etmiş ölkələrdə rast gəlinir. ABŞ-da metobolik sindroma 40 yaşdan yuxarı insanların 50 faizində rast gəlinir 2013-cü ildə Rusiyada aparılan araşdırmalara görə ölkədə hər 4 nəfərdən birində bu sinroma rast gəlinir. Yaxın 25 ildə bu rəqəm 50 faiz olacaq, yəni hər iki nəfərdən birində görünəcək. Bu qədər geniş yayılma və inkişaf az hərkətli həyat tərsi stress, fast food qidalanma təqri işdəki gərginliklə əlaqələndirilir.

Sevinc Qurbanova ürək damar xəstəlikləri həkimi

Daha yaxşı anlamaq üçün öncə istərdim ki, insulin barədə qısa məlumat verim. İnsulin həm daxili, həm xarici funsksiyası olan pankreasda ( mədəaltı vəz) sintez olunan hormondur. Bu hormon sintez olunan kimi birbaşa qana atılır. Onun rolu qanda şəkər mübadiləsinin mənimsənilməsinin, utilizasiyasını həyata keçirir. Metobolik sindrom zamanı yetərli qədər insulin sintez olunur. Lakin onun aktivləşməsi üçün o piy toxumalarda müəyyən reseptorlarla birləşməlidir. Lakin müxtəlif səbəblərdən həmin reseptorların insulinə qarşı həssaslığı pozulur. Bu zaman orqanizmin kompensator mexanizmləri işə düşür- yəni pankreas əlavə insulin sintez etməyə başlayır ki, insulin öz funksiyasını yernə yetirsin. Bunun nəticəsində pankreasın gücü zəifləyir.Daha az insulin yaratmağa başlayır.Bu zaman mütləq şəkildə insulin çatışmazlığı baş verir, bu da ikinci tip diabet xəstəliyinin yaranmasına gətirir.

- Hansı xəstəliklərin yaranmasına gətirib çıxara bilər?

-Metobolik sindrom qadınlarda yumurtalıqlarda polikistoz sindromuna,kişilərdə testosteronun azalmasına, qaraciyərin piylənməsinə , atreskleroza gətirib çıxarır. Adekvat olaraq arterial təzyiq də yüksəlir .Piy toxuması ilə arterial təzyiqin yüksəlməsi düz mütənasibdir.Gördüyünüz kimi, sadə olmayan patalogiyalar yaranır.

-Kliniki olaraq bu sindrom necə aşkarlana bilər?

- 3 böyük kriteriyanın olması bu sindromu təsdiqləyir. Birinci vizual olaraq qarın çevrəsinin artması, kişilərdə qarın çevrəsinin 90-100 sm , qadınlarda 85 santimetrdən böyük olması piylənmənin olmasını göstərir.

Bundan əlavə, laborator olaraq ac qarına qanda qlükozanı, lipid profilini yoxlayırıq. Qanda olan yağlar- total xolesterol, triqliserid yoxlanılmalıdır.

Yəni adi görünən bu sindrom əslində sonrlar ciddi problemlərə yol aça bilər. Ona görə ÜST qarşısının alınmasını ciddi tövsiyə edir.

-Qarşısının alınması üçün nə etmək olar, metobolik sindromdan can qurtarmaq mümkündürmü?

- Ən yaxşı xəbər budur ki, bəli metobolik sindrom geri dönəndir. Dəyərləndirmə həkim tərəfindən aparılmalıdır.

Sağlam ziyansız qidalanma, bədən kütlə indeksinin normal səviyyələrdə saxlanması, dozalanmış fiziki aktivlik şərtdir. Belə insanlar müsbət dinamika əldə olunana qədər nəzarətdə qalmalıdır. Bu geriyə dönən prosesdir. Təbii ki, vaxtında aşkar olunub, qarşısı alınsa.

Bu yollarla kömək olmursa medikamentoz yolla müayinə başladılmalıdır. Hər bir dərmanı mütləq həkim təyin etməlidir.

-Həkim bəzi insanlar həkim təyinatı olmadan medformin tərkibli dərmanlar qəbul edirlər.Bu yolla həm də arıqlamğa cəhd edirlər.

-Medformin şəkərsalıcı dərmandır, qlükozanın səviyyəsini normallaşdırır, piy toxumasını azaldır,lakin bu dərmanın da yan təsiri var. Böyrək funksiyasının pozulmasına səbəb ola bilər, hamiləlik zamanı tövsiyə olunmur. Yəni mütləq həkimlə məsləhətləşmək lazımdır.Əks göstərişlər istisna edildikdən sonra bu tərkibli preparatlara üz tutmaq və müsbət nəticələr əldə etmək olar.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »