Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saakaşvilinin xanımı Tbilisidə aksiyaya qoşuldu - Foto

İyunun 20-dən Tbilisidə keçirilən kütləvi aksiyalar səngimək bilmir.

“Qafqazinfo”nun “sputnik Gürcüstan”a istinadən verdiyi xəbərə görə, ötən gün parlamentin binası qarşısında Daxili İşlər naziri Georgi Qaxariyanın istefası tələbi ilə baş tutan mitinqdə Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin xanımı, ötən ay Zuqdudi şəhərinin meri olmaq uğrunda apardığı mübarizədə uduzan Sandra Rulofs da olub.

Sandra Rulofs Saakashvili

Qeyd edək ki, “Vahid milli hərəkat” partiyasının nümayəndəsi S. Rulofs 42,75 faiz səslə uduzduğu seçkilərdən sonra jurnalistlərə verdiyi açıqlamada Gürcüstanda etiraz dalğasına söz vermişdi: “Biz qətiyyətlə mövqeyimizi müdafiə edəcəyik. Hər bir şəhərə, kəndə, küçəyə baş çəkəcəyik və insanları əmin edəcəyik ki, biz bir-birimizi güclü edə bilərik. Bidzina İvanişvilinin rejiminə etiraz dalğası ilə qalib gəlməliyik”.

SAakasvilinin arvadi Sandra Rulofs ve oglu Sandra Rulofs

Bundan əlavə, Mixail Saakaşvili də günlərdir aksiya edən mitinqçilərə dəstək olub. O, feysbuk səhifəsində video-müraciət edərək hakim partiyanı siyasətdən uzaqlaşdırmaq üçün insanları birləşməyə çağırıb. Ancaq Saakaşvili partiyanı hakimiyyətdən sülh yolu ilə kənarlaşdırmağı bildirib.

Son xəbərlər
Bütün xəbərlər »