Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kosmonavt olmaq istəyənlər hansı sınaqlardan keçməlidir?

Bir peşə düşünün ki, sözün əsl mənasında həm insanın ayaqlarını yerdən kəsir, həm də böyük miqdarda pul qazandırır. Söhbət astronavt olmaqdan gedir. İşin maraqlı tərəfi odur ki, bu sahəni istəyən hər kəs kosmonavt ola bilməz. Belə ki, bu işin öz kriteriyaları, sınaq mərhələsi var.

Modern.az saytı bu sahə və işin tələbləri ilə bağlı araşdırma edib.

Kosmonavt olmaq üçün xüsusi təlimlərdən keçən insanların şansı böyükdür. Çünki NASA (Milli Aeronavtika və Kosmos İdarəsi) zamanla bir baytardan belə, təlimlər vasitəsilə astronavt formalaşdırıbr. Bu işlə məşğul olmaq istəyən namizədlərin boyu ən azı 160 sm olmalı, qan təzyiqi 140/90-ı keçməməlidir. 26-46 yaş arası insanlar arasında seçim aparılır. Mütəxəssislərin araşdırmasına əsasən, ortalama kosmanavt yaşı hazırda 43-dür.

kosmos ay

Namizədlər astronavt olmaq üçün çox çətin sınaqlardan keçməli, eyni zamanda, NASA əməkdaşları ilə müsahibədə yaxşı təəssürat yaratmalıdırlar. Sınaq mərhələsində 25 metrlik bir su hovuzunda uçuş geyimi və tennis ayaqqabıları ilə 25 dəqiqəlik üzmək, çəkisizlik şəraitində hərəkət sürəti və s. kimi tapşırıqlar verilə bilər.

Namizədlər arasından seçilən şəxslər 2 illik təhsil və qiymətləndirmə proqramına başlayır. Kosmonavt olmaq üçün mühəndislik, riyaziyyat və texniki elmlərdən məzun olanlara daha çox üstünlük verilir.

Bu kimi çətin mərhələləri keçən şəxslərin sonda aldıqları məvacib gördükləri işə dəyəcək bir civardadır. Belə ki, bir kosmanavtın ortalama maaşı 60-130000 dollar arasında ölçülür.

Son xəbərlər
Bütün xəbərlər »