Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan Qarabağda müharibə istəyir

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Vaşinqtonda planlaşdırılmış görüşü ərəfəsində növbəti davakar bəyanatla çıxış edib.

Virtualaz.org-un “Sputnik Armeniya”ya istinadən məlumatına görə, N.Paşinyan bəyan edib ki, Qarabağda döyüş istənilən vaxt başlana bilər.

Nikol Paşinyan Azərbaycanı, guya nizamasalma prosesini konstruktiv danışıqlar məcrasından çıxarmağa çalışmaqda ittiham edib və bildirib ki, Ermənistan bu cəhdlərin qarşısını almalıdır.

O qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin hazırlıq səviyyəsini daim artırmalıdır.

"Nə Ermənistan, nə də Dağlıq Qarabağ müharibə istəmir, amma heç kim onları müharibə təhlükəsi ilə qorxuda bilməz və bunu başa düşmək vacibdir", - deyə baş nazir bildirib.

Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirləri hazırda Vaşinqtondadırlar və Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun vasitəçiliyi ilə danışıqlar aparacaqlar. Bu danışıqların gündəliyi Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün hazırlanmasıdır.

Vacib danışıqlar ərəfəsində Nikol Paşinyanın sərt ritorikalı çıxışı göstərir ki, o bunda maraqlı deyil və sülh prosesini pozmaq istəyir. N.Paşinyanın hərəkətləri Azərbaycanın tərəfdar olduğu etibar və dialoq platformasının bərpası üzrə səyləri heçə endirir.

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Liderlərin görüşündə maraqlı söhbət
Son xəbərlər
Bütün xəbərlər »