Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maradona "Dorados" klubunundan ayrılıb

Argentina yığmasının heyətində dünya çempionu olmuş Dieqo Maradona Meksikanın "Dorados" futbol klubunun baş məşqçisi karyerasını başa vurub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun vəkili Matias Morla özünün "Twitter" hesabında bildirib.

Vəkilin sözlərinə görə, Maradona səhhətində yaranmış problemlərə görə "Dorados"dakı postunu tərk edib.

"Həkimlər ona sağlamlığına vaxt ayırmağı məsləhət gördülər. O, iki çiynində və dizində cərrahi əməliyyat keçirəcək", - Morla qeyd edib.

Futbol klubundan məşqçinin gedişi haqqında informasiyanı təsdiqləyiblər. "Dorados" rəhbərliyi keçmiş rəhbərinə təşəkkür edib.

Qeyd edək ki, Dieqo Maradona Meksikanın ikinci divizionunda "Dorados" futbol komandasına 2018-2019 illər mövsümündə başçılıq edib.

Maraqlıdır, sabiq argentinalı futbolçu bir neçə gün əvvəl İngiltərənin "Mançester Yunayted" futbol klubuna başçılıq etməyə hazır olduğunu bildirib.

Son xəbərlər
Bütün xəbərlər »