Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyadan qaytarılan pomidorlarda təhlükəli virus daşıyıcıları aşkarlanıb
Xəbər verdiyimiz kimi Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Karaçay-Çərkəz Respublikasının Stavropol Vilayəti üzrə İdarəsinin əməkdaşları müvəqqəti saxlama anbarlarında karantin məhsullar aşkar ediblər. Azərbaycandan bu Rusiyaya ixrac edilən, ümumi çəkisi 36,5 ton olan 2 partiya faraş pomidorda Cənubi Amerika tomat güvəsi aşkar edilərək geri göndərilib.

Sözügedən məhsulda aşkarlanan Cənubi Amerika tomat güvəsinin zərərlərindən danışan Tərəvəzçilik Elmi-Tədqiqat Universitetinin direktoru Elmar Allahverdiyev bildirib ki, bu zərərvericilər olduqca təhlükəli - karantin zərərvericisi olduğuna görə və virus daşıyıcısı olduğuna görə geri qaytarılıb:

 Elmar Allahverdiyev Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru

"Bu zərərvericilər kəpənək formasında olurlar və çox təhlükəlidirlər. Sürfələr vasitəsilə çoxalır. Adətən bitkinin yaşıl hissəsinə sürfə yerləşdirirlər və çox sürətlə artırlar. Artım zamanı bitkinin öncə yaşıl hissəsini məhv edib sonra meyvəyə keçirlər. Onların vasitəsilə, onların açdığı xüsusi kanallar, yollar vasitəsilə digər zərərvericilər bitkiyə, məhsula daxil olurlar ki nəticədə bir çox xəstəliklər, viruslar əmələ gəlir. Bu xəstəliklər əmələ gəldikdən sonra artıq bu məhsul daşıyıcı rolunu oynayır. Onu digə ölkəyə apardıqda isə o xəstəliklər bu formada digər ölkəyə ötürülür. Bu zərərvericilər də karantin zərərvericisi olduğuna görə, çox təhlükəli zərər verici olduğuna görə də dərhal Rusiya Federasiyası tərəfindən geri göndərilib.

Həmin zərərvericinin qarşısını bir çox yollarla almaq olar amma adətən o vasitələr çox da effekt vermir. Ən effektiv mübarizə isə bu zərərverici aşkarlanan məhsulları dərhal məhv etməkdir. Məsələn bir sahibkar parnikində 10 hektar pomidor becərirsə və belə bir məhsul aşkarlayırsa parnikin bir hissəsində dərhal da heyfslənmədən hamısın məhv etməlidir. Əks təqdirdə isə sürətlə yayılıb 10 hektar sahədə yetişdirilən bütün məhsulu məhv edəcəkdir.

Rusiyaya keçirilən məhsulda həmin Cənubi Amerika güvəsinin aşkarlanması o demək deyil ki, məhz 36.5 tonun hamısı məhz yararsızdır, xeyr. Sadəcə olaraq onlar təhlükəlilik riskini nəzərə alaraq, məhsulun eyni anbarda saxlanılmasını nəzərə alaraq məhsulu geri göndəriblər".

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən Bizimyol.info-ya bildirilib ki, ixrac olunan məhsullara keyfiyyət və uyğunluq sertifikatı Qida Təhlükəsizlik Agentliyi tərəfindən verildiyinə görə bununla bağlı suallarımız onlara ünvanlanmalıdrı.

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva Bizimyol.info-ya açıqlamasında bildirib ki, məsələ agentlik tərəfindən nəzarətə götürülsə də Rusiyanın aidiyyatı qurumlarından agentliyə heç bir rəsmi məlumat daxil olmayıb:

"Azərbaycandan ixrac edilən pomidor məhsulunun ölkəyə geri qayrarılması ilə bağlı Rusiyanın aidiyyəti qurumu tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) hər hansı rəsmi məlumat daxil olmayıb.

Hazırda Agentliyin əməkdaşları tərəfindən məsələ nəzarətə götürülüb və həqiqətə uyğun olub olmadığı araşdırılır.

Fakt öz təsdiqini taparsa, Agentlik tərəfindən aidiyyəti tədbirlər görüləcək və bununla bağlı ictimaiyyətə məlumat veriləcək".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »