Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sirkə getməmək üçün 10 vacib səbəb
Heyvan sirkləri dünyanın ən qəddar şoularından hesab olunur. Belə sirklərdə hər gün yüzminlərlə heyvan insanlar tərəfindən qəddar münasibətlə üzləşir, işgəncə görürlər. Aşağıdakı 10 səbəbi oxuduqdan sonra əlinizdə olan sirk biletlərini cıracağınıza əminik:

1. Bir çox heyvan doğulan kimi insanlar tərəfindən əsir götürülür və qeyri-təbii şəraitdə, stressli mühitdə yaşamağa məcbur edilir.

2. Heyvanların hər hansı bir fəndi öyrənməsi üçün elektroşok, zəncir, qalın iplər onlara qarşı silah kimi istifadə edilir.

3. Böyük pişiklər (şirlər, pələnglər) hər hansı bir fəndi öyrənənədək dəfələrlə döyülür və işgəncəyə məruz qalir ki, öz məşqçisindən qorxsun.

4. Fillər də həmçinin “başı üstə durmaq” kimi təhlükəli və narahat fəndləri mənimsəyənədək zəncirlərlə işgəncə görür və bəzən onlardan qan gələnə qədər döyülürlər.

5. Digər zamanlarda heyvanlar öz həyatlarını ətraf mühitdən təcrid vəziyyətdə, qəfəslərdə və güc-bəla ilə hərəkət edə biləcəkləri yerlərdə keçirir.

6. Heyvanlar saatlarla konteynerlərdə və digər daşınma vasitələrində səyahət etməyə məcbur edilir. Belə daşınma vasitələri anti-sanitar vəziyyətdə olur və çox vaxt zəif havalandırılır. Müəyyən temperaturdan sonra heyvanlar ölür.

7. İnsan əsirliyində qalan heyvanların qeyri-təbii şəraitdə və stressli mühitdə yaşaması onlarda psixoloji problemlərə yol açır. Onlarda iştahsızlıq, apatiya yaranır. Özlərini zədələməyə, zərər verməyə başlayırlar.

8. Bu heyvanlar heç vaxt özləri üçün vacib olan təcrübələrdən keçmirlər. Onlar heç vaxt qaçmır, hoppanmır və öz tayları ilə oynamırlar. İlk günlərindən insan əsirliyinə götürülənlər isə ailələrini bir də görmürlər.

9. Bu işgəncələrə dözməyib müqavimət göstərən heyvanlar isə çox vaxt öldürülür və ölənə qədər döyülürlər.

10. Bütün bunları tənzimləyən qanunların olmasına baxmayaraq, bu qanunlara çox vaxt məhəl qoyulmur və heyvanlara çox pis standartlarda qayğı göstərilir. Bir çox sirklər buna görə cəza alsalar da hələ də bazarda öz yerlərini qoruyub saxlayırlar.

" UNUTMAYIN Kİ, HƏR DƏFƏ SİRKƏ BİLET ALANDA, SİZ HEYVANLARA QARŞI OLAN BU İŞGƏNCƏNİ DƏSTƏKLƏMİŞ OLURSUNUZ. "

pahoo.az

Son xəbərlər
Bütün xəbərlər »