Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurban Qurbanov püşkatmanın nəticələrini şərh etdi
Zəif komandaların olmadığı bir turnirin püşkatmasını şərh etmək çox çətindir.

Bu sözləri “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov azerisport.com saytına Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasının nəticələrini şərh edərkən deyib.

“Bizə beş ən güclü futbol ölkəsindən üçünün komandaları düşdü. Hesab edirəm ki, “Çelsi”, “Atletiko” və “Roma”nın əlavə təqdimata ehtiyacı yoxdur. Onlarla oyunlar bizim üçün böyük təcrübə olacaq, komandamıza kömək edəcək. Hazırda mənim bütün fikirlərim ölkə çempionatındakı “Qəbələ”yə qarşı növbəti oyuna yönəlib. Onları məğlub edək, sonra oturub Çempionlar Liqasındakı rəqiblərimiz barədə məlumat toplayacam”, - baş məşqçi deyib.

Son xəbərlər
Bütün xəbərlər »