Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin məşhur məşqçisi "Qarabağ"dan danışdı - FOTO
Türkiyənin məşhur məşqçisi:”Dünən “Qarabağ”la qürur duymamaq mümkün deyildi”

"Dünən qardaş Azərbaycanın “Qarabağ” klubu möhtəşəm oyunu göstərdi."

Bizimyol.info xəbər verir ki,bu sözləri jurnalist Elnur Eltürklə söhbətində Türkiyənin məşhur məşqçisi Yılmaz Vural bildirib.

“Oyunu həyəcansız izləməmək mümkün deyildi. Həm də oyundan ləzzət aldım. “Qarabağ” Qafqazın təcrübəli komandasına çevrilib. Dünən “Qarabağ”la qürur duymamaq mümkün deyildi.

Qardaş Azərbaycanın uğurları məni sevindirir. Xüsusilə,futbol sahəsində böyük uğura imza atıldı. Azərbaycan futbolunun bu səviyyədə inkişafı gələcəkdə istedadlı futbolçuların yetişməsinə böyük təsir göstərəcək. Nəzərə almaq lazımdır ki,futbolu milyonlarla insan izləyir. Bunun özü Azərbaycanın dünyada tanıdılması üçün yaxşı rol oynacaq.

Azərbaycan xalqını ürəkdən təbrik edirəm”,-deyə Y.Vural qeyd edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »