Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Roma Papasının xeyir-duası ilə qadınlardan ibarət futbol komandası yaradıldı

Vatikan dünyanın ən balaca ölkələrindən sayılsa da, 48 ildir kişilərdən ibarət futbol komandası var. Qadınların komandası da Roma Papası Fransiskin xeyir-duası ilə yaradılıb.

Bizimyol.info xəbər verir ki, vatikanlı qızlar mayın 26-da ilk oyununa çıxacaq. Vatikanlılar tarixində ilk qarşılaşmanı Romanın futbol komandasına qarşı keçirəcək. Futbolçuların çoxu həvəskardır. Yalnız kamerunlu Yucin Çeuqo peşəkar karyera keçib.

Komandanın heyəti əsasən Vatikanda işləyən qadınlardan, kişi əməkdaşların həyat yoldaşlarından, qızlarından qurulub. Kollektivə qadın futbolçuların assosiasiyasının katibi Syuzan Volpini başçılıq edir.

Assosiasiya rəhbəri Danilo Zennaro deyir ki, “Roma”ya 0:30 hesablı məğlubiyyət belə, faciə olmayacaq, əsas odur ki, komanda yaranır. Vatikanlılar həm də peşəkarlarla tanış olmaq imkanı qazanır.Roma Papası da bu yenilikdən çox məmnundur. Papa futbol azarkeşidir, Argentinanın “San Lorenso” klubunu sevir.

Son xəbərlər
Bütün xəbərlər »