Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dollarda hərf səhvinə yol veriblər - Foto

Avstraliya Rezerv Bankı (RBA) milli valyutanı hərf səhvi ilə çap edib. Dövriyyəyə 50 dollarlıq 46 milyon belə əskinas buraxılıb.

Bizimyol.info xəbər verir ki, pulun üzərindəki kiçik mətndə hərf səhvinə yol verilib. Əskinasda əksini tapan Avstraliya parlamentində ilk qadın deputat kimi tarixə düşmüş Edit Koenin fikrindəki “responsibility” (məsuliyyət) sözündə axırıncı “i” hərfi çapda “itib” və nəticədə “responsibilty” yazılıb. Hərçənd, bu səhvi ilk baxışdan görmək asan deyil.

CNN-in məlumatına görə, bankın səhvdən xəbəri var. Amma həmin əskinaslar dövriyyədən çıxarılmayacaq. RBA-dan pulların hüquqi qüvvəsini saxladığı bildirilib.

Avstraliya dollarında hərf səhvi Avstraliya dolları

50 dollarlıq əskinaslar keçən il çap olunmuşdu. RBA bu dəfə saxtakarlıqdan qaçmaq üçün ən müasir müdafiə elementlərindən istifadə etmişdi.

Son xəbərlər
Bütün xəbərlər »