Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aparıcı Zauru efirdə pərt etdilər: “Bunu sənə kim çatdırıb”
“Səbinə xanım verilişin əvvəlində mənə əsəbiləşdi ki, “Məni həmişə belə günlərdə çağırırsan””.

Milli.Az xəbər verir ki, Zaur Kamal bunu aparıcısı olduğu proqramda muğam müsabiqəsinin qalibi Səbinə Ərəbli barədə danışarkən deyib.

Gənc xanəndənin Zaurun onun barədə səsləndirdiyi bu fikirlərə reaksiyası gözlənildiyindən də sərt alınıb:

“Mənim yoldaşım sizlə işləyirdi. O, buradan işdən çıxandan sonra artıq neçə aydır ki, məni dəvət etmirsiniz”.

Zaur Səbinəyə “Onunla heç bir əlaqəsi yoxdur” cavabını versə də xanəndə aparıcını yalan danışmaqda ittiham edib:

Səbinə Ərəbli

“Xeyr, özünüz demisiniz ki, İbrahim işdən çıxıb deyə səni də verilişə artıq çağırmıram”.

Zaur gənc xanəndənin yanlış düşündüyünü “Yox, elə söhbət yoxdur. Onu sənə kim çatdırıbsa…” sözləri ilə bildirməyə çalışsa da, Səbinə aparıcını fakt qarşısında qoyub:

“Bunu özünüz mənə demisiniz”.

Zaur xanəndənin bu kəlməsinə “Elə olub? Onda düz eləmişəm” ifadəsi ilə reaksiya verib.

Qeyd edək ki, Səbinə Ərəblinin həyat yoldaşı hazırda “Lider” telekanalında aparıcılıq edən İbrahim Azərdir. Cütlüyün iki övladı var.

Son xəbərlər
Bütün xəbərlər »