Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Xaos Tanrısı"ndan başqa Yerə daha 6 asteroid yaxınlaşır

NASA bir-birinin ardınca asteroidlərlə bağlı açıqlama verir. Kosmik agentliyin direktoru Cim Braydenstayn dünən Yer kürəsi sakinlərini göy cisimləriylə toqquşmaya hazır olmağa çağırmışdı.

Bizimyol.info xəbər verir ki, NASA rəsmi adı “Apofis” olan, “Xaos Tanrısı” adlanan asteroidin 2029-ci ildə planetimizə çox yaxınlaşacağı məlumatını yaymışdı. Qərb mətbuatı asteroid hücumlarının intensivləşəcəyini xəbər verir. “Space.com” portalı daha konkret fikir irəli sürüb. 2027-ci ildən sora iki il ərzində Yer kürəsinə daha 6 asteroid yaxınlaşacaq.

Asteroid Foto: RIA Novosti

NASA-nın məlumatına görə, Yerə yaxın 17 minə yaxın aşkar edilməmiş asteroid var. Kosmik agentlik bunların geniş öyrənilməsini planlaşdırır. Bunun üçün 2021-ci ilin oktyabrında “Lucy” stansiyasını Günəş sisteminə göndərməyi düşünür.  2025-ci ilin aprelində stansiya Donaldcohanson adlanan asteroidə yaxınlaşacaq. Sonrakı illərdə Evribat, Polimela, Levk və Or da əlçatan olacaq.

Son xəbərlər
Bütün xəbərlər »