Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Barselona”nın əfsanəsi futboldan gedir

İspaniya milli komandasının və “Barselona”nın keçmiş futbolçusu Xavi Ernandes karyerasını bitirmək qərarına gəlib. Bu haqda Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.

Bizimyol.info xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi bu mövsümün onun üçün sonuncu olacağını bildirib. Xavi axırıncı oyunlarını Qətərdə keçirəcək.

“Barselona”nın əfsanəsi sevimli klubunu 2015-ci ildə tərk etmişdi. “Əl-Sədd” ilə müqavilə imzalayan Xavi bu müddətdə Qətər komandasında 68 oyun keçirib, 19 qol vurub.

Xavi Ernandes Xavi Ernandes | Foto: Lluis Gene / AFP /Getty Images

Yarımmüdafiəçi 17 il “Barselona”nın formasını geyinib. Burada keçirdiyi oyun sayına görə klubun rekordçusudur. Xavi 767 qarşılaşmada “Barselona”nın uğurları üçün çalışıb. Orta sahə oyunçusu 85 qol vurmağı da bacarıb.

Xavi “Barselona”da 25 mükafat qazanıb. 8 dəfə İspaniya çempionu olub, 4 dəfə Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıb.

Xavi İspaniya milli komandasında 133 oyun keçirib. Hesabında bir dünya, iki Avropa çempionluğu var.

Son xəbərlər
Bütün xəbərlər »