Futbolçu transferi bazarında daha çox “Real”a keçid ehtimalı böyük olan oyunçuların adları çəkilir.
Avropa mətbuatı hesab edir ki, Pol Poqba və Eden Azar gələn mövsümü Madrid klubunda keçirəcək.
Pol Poqba | Foto: Getty ImagesBizimyol.info xəbər verir ki, braziliyalı ulduz Neymarın da “Real”da oynaması mümkündür. “El Chiringuito” nəşrinin əməkdaşı Eduardo İnda iddia edir ki, PSJ-nin futbolçusu bu haqda Madriddə oynayan Marselo ilə danışıb. O, Braziliya milli komandasında birlikdə forma geyindiyi futbolçuya “Real”a keçmək istədiyini bildirib.
NeymarNeymar PSJ-yə məhz İspaniya çempionatından gəlmişdi. Braziliyalı “Barselona”dan transfer olunmuşdu.
Zinəddin ZidanNeymarın keçid ehtimalına “Real”ın baş məşqçisi Zinəddin Zidan da münasibət bildirmişdi. Fransız mütəxəssis söz-söhbəti inkar etməyə tələsməmişdi.






