Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şekspir haqqında maraqlı fakt: Tənbəkisində marixuana aşkarlanıb
Uilyam Şekspir (William Shakespeare) — ingilis dramaturq, şair və aktyor, dünya ədəbiyyatının ən məşhur dramaturqlarından biri, ən azı 17 komediyanın, onlarla tarixi pyesin, 11 faciənin və sonetlər silsiləsinin müəllifidir. Onun yazıları dünya ədəbiyyatında o qədər böyük iz qoyub ki, hələ də həyatı hamıya maraqlıdır və bu araşdırmalar davam etməkdədir.

Bu yaxınlarda da Şekspirin Stratford-upon-Avon’da yerləşən bağçasında tapılan gildən hazırlanmış tənbəkilərdə marixuana qalıntıları aşkarlanıb. Ən az 400 illik olan gil tənbəkiləri araşdıran alimlər, xromatoqrafik kütlə spektroqrafiyası yolu ilə araşdıraraq içindəki maddələri üzə çıxara biliblər.

Professor Thackeray daha əvvəllər də Şekspirin narkotik vasitələrdən istifadə ehtimalı üstünə araşdırmalar edib. O, “The Sydney Morning Herald” qazeti üçün “Şekspir ədəbiyyatı üçün ilhamlandırıcı olaraq çətənə (Hemp as a source of inspiration for Shakespearean literature?)” adlı məqalə ilə bu araşdırmalarını bir yerə toplayıb.

Thackeray düşünür ki, Şekspirin 76-cı sonetində yazmaqdan bəhs edərkən qurduğu “keep invention in a noted weed” (məhşur bir otda yaradıcılığı davam etdirmək) misraları onun yazarkən ot istifadə etməyə həvəsli olduğu şəklində qəbul edilə bilər. Eyni sonetdə keçən “Why.. do I not glance aside… to compounds strange? (niyə bu qəribə tərkibə göz atmıram?) ” misraları da əlaqələndirilmək istəmədiyi maddələrlə bağlı olduğu deyilə bilər. Burdakı qəribə maddələrin böyük ehtimal kokain olduğu deyilməkdədir.

pahoo.az

Son xəbərlər
Bütün xəbərlər »