Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda aran adamları daha çox yaşayırlar – Statistika

“Azərbaycanda hər 10000 nəfər hesabı ilə ölüm əmsalı aran ərazilərində istisnasız olaraq, dağ rayonlarından aşağıdır”.

Modern.az xəbər verir ki, bununla bağlı statistikanı iqtisadçı-ekspert Rövşən Ağayev bildirib. O qeyd edib:

“Azərbaycanda ölüm statistikası ilə bağlı maraqlı bir məqam diqqətimi çəkdi. Uzun illər ərzində ictimai rəydə belə bir populyar yanaşma formalaşıb ki, dağlıq ərazilərdə insanlar aran yerlərinə nisbətən daha sağlam olur və daha uzun yaşayırlar. Bəlkə də ayrı-ayrı fərdlərin uzunömürlülüyü baxımından bu doğru ola bilər. Məsələn, 100-dən çox yaşı olanların dağlıq ərazilərdə sayca daha çox olması buna nümunə gətirilə bilər.

Amma bizim rəsmi statistika göstərir ki, Azərbaycanda hər 10000 nəfər hesabı ilə ölüm əmsalı aran ərazilərində istisnasız olaraq, dağ rayonlarından aşağıdır 2017-ci ilin timsalında rəqəmləri təqdim edirəm, özünüz baxın:

Əhalinin hər 10000 nəfəri hesabı ilə ölüm əmsalının ən yüksək olduğu 5 rayon:

Gədəbəy - 83 nəfər

Qazax - 78 nəfər

Tovuz - 75 nəfər

Qax - 74 nəfər

Ağstafa- 72 nəfər

Əhalinin hər 10000 nəfəri hesabı ilə ölüm əmsalının ən aşağı olduğu 5 rayon:

Saatlı - 46 nəfər

Biləsuvar - 46 nəfər

Cəlilabad - 46 nəfər

İmişli - 51 nəfər

Qobustan - 53 nəfər”.

Göründüyü kimi, ölüm əmsalının ən aşağı olduğu dağlıq rayonla ən aşağı olduğu aran rayonu arasında az qala 2 dəfə fərq var və bu çox böyük bir fərqdir.

R.Ağayev daha bir maraqlı məqama da diqqət çəkib:

“Ölkənin cənubundakı dağlıq rayonlarında ölüm əmsalı qərb və şimal, şimal-qərb hissəsindəki rayonlardan çox aşağıdır. Burda statistikanın xətasının hansı payı olduğunu deyə bilmərəm, hər halda rəsmi məlumatdır. Düşünürəm ki, əhalinin gəlirləri və tibbi infrastrukturun vəziyyəti ilə bu göstəricilər arasında əlaqəni araşdıran yaxşı bir araşdırmaya ehtiyac var”.

Son xəbərlər
Bütün xəbərlər »