Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən gəzməli yerləri açıqlandı - Siyahı

Dünyanın ən gəzməli yerlərinin təxmini siyahısını bilirik. “TripAdvisor” onlayn xidməti işimizi bir az da asanlaşdırmağa çalışıb. “Travellers Choice” siyahısı tutulub, burada ən yaxşı 25 səyahət istiqaməti müəyyənləşdirilib.

Bizimyol.info xəbər verir ki, siyahıya London başçılıq edir. Xüsusi alqoritm vasitəsilə milyonlarla istifadəçinin rəyləri, otel reytinqləri, restoranlar, görməli yerlər əsasında belə cədvəl formalaşıb. Bu kriteriyalar üzrə Böyük Britaniya paytaxtı hamını geridə qoyur. Sonrakı iki yeri də paytaxt şəhərləri tutur. Paris ikinci, Roma üçüncü pillədədir.

Paris, Fransa Paris, Fransa | Foto: Pixabay.com

Adaların liderlər qrupunda yer alması təəccüblü deyil. Yunanıstandakı Krit, İndoneziyadakı Bali, Tailanddakı Phuket adası turistlərin diqqətini çox çəkir. Barselona, İstanbul, Mərakeş və Dubay da ilk “10-luq”da yer alıb.

Dubay, Birləşmiş Ərəb Əmirlikləri Dubay, Birləşmiş Ərəb Əmirlikləri | Foto: Pixabay.com

“TripAdvisor” fevralda dünyanın ən yaxşı çimərliklərinin cədvəlini tərtib etmişdi. Birinci yeri Fernandu-di-Noronya arxipelaqında yerləşən Baya-du-Sanço çimərliyi tutmuşdu.

Son xəbərlər
Bütün xəbərlər »