Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakının ən ucuz məktəb ləvazimatları olan bazardan REPORTAJ - FOTOLAR
Yeni dərs ilinin başlamasına 1 aydan az vaxt qalıb. Demək olar ki, valideynlərin çoxu məktəb üçün alış-verişi avqustun ortalarından sonra həyata keçirir.

Bəs, bir məktəblini geyindirib-kecindirib məktəbə yola salmaq valideynə neçəyə başa gəlir?

A24.Az olaraq alış-veriş üçün Bakının ən ucuz bazarlarından hesab edilən 8-ci km bazarına yola düşdük.

Neftçilər metrosundan çıxan kimi saysız-hesabsız paltar mağazaları, bijuteriya, ayaqqabı, çanta satan butiklərlə rastlaşdıq. Yeri gəlmişkən deyim ki, bu mağazalardan hər cibə və zövqə uyğun geyim ala bilərsiniz.

8-ci km bazarına yaxınlaşanda mənzərə dəyişdi. Bir tərəfdə mer-meyvə piştaxtaları var idi, digər tərəfdə isə məktəb ləvazimatları, məktəbli paltarları satılırdı.

İlk növbədə çantadan başlayırıq. Çantaların qiyməti keyfiyyətə görə dəyişir. 6 manatdan tutmuş 45 manatadək hər rəngdə, hər çeşiddə çanta almaq mümkündür.

Alıcıların sözlərinə görə, ən çox tələbat 25 manatlıq çantalarıdır.

Çünki onlar digərlərinə nisbətdə daha keyfiyyətlidir. 35-45 manatlıq çantalar isə daha dözümlüdür. Bu çantalar işlətməkdən asılı olaraq 2 il tab gətirə bilir.

Məktəbli formalarının qiyməti 35 manatdır.

Dəstə daxildir pencək, jilet, şalvar. Köynəyin qiyməti isə 9 manatdan başlayır.

15 manata da normal keyfiyyətdə köynək almaq mümkündür.

Şalvarların tək-tək qiyməti isə 12 manatdan başlayır.

Qızlar üçün ətək və köynəklərin qiyməti də 12-25 manat arasında dəyişir.

Ayaqqabılar 10 manatdan başlayaraq 45 manatadək çıxa bilir.

Qız məktəblilər üçün uzun kalqotkaların qiyməti 2 manatdan başlayır.

Məktəb üçün xırda ləvazimatların qiymətləri isə belədir:

Plastilin Play Dough – 2.50 qəpik

Üzlük – 20-30 qəpik

Su qabı 4-8 manat, Termos – 12 manat,

Qələm 20-90 qəpik

Gündəlik 1.50 – 3 manat

Rəngli karandaş 1.50-6 manat

Dəftər 12 vərəqli -12 qəpik (Bakı istehsalı)

40 vərəqli dəftər – 50 qəpik

60 vərəq – 70 qəpik

100 vərəq – 1 manat 20 qəpik

Deməli valideyn övladını məktəbə yola salmaq üçün ən aşağı 150 manatından keçməlidir. Şagirdin sonradan alacağı dəftərlərin və iş kitabçalarının isə qiyməti bura daxil deyil.

Bir ailədən 2 uşaq məktəblidirsə, valideynin işi müşküldür. Qeyd edək ki, biz hesablamanı ən aşağı limitlə aparmışıq.

[gallery columns="1" size="full" ids="15405,15406,15407,15408,15409,15410">

Son xəbərlər
Bütün xəbərlər »