Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Madurodan anormal addım: Seçkiyə qədər xəstələrə tibbi yardım göstərilməsin

Venesuelada hakimiyyət seçki öncəsi tibbi yardımdan vətəndaşlara qarşı təzyiq vasitəsi kimi istifadə etməyə başlayıb. Bu barədə kubalı həkim Yansyer Arias danışıb.

Bizimyol.info xəbər verir ki, Yansyer Arias Venesuelada insanlara yardım etməyə gedən həkimlərdəndir. Deyir ki, Venesuelanın hökumət nümayəndələri onu da tibbi yardımdan intinaya məcbur ediblər.

Həkimin sözlərinə görə, onun işlədiyi klinikaya ürək çatışmazlığından əziyyət çəkən 65 yaşlı kişi gəlib. Onun təcili oksigenə ehtiyacı olub. Amma klinikada olan hərbçilər həkimin xəstəyə yardım etməsinə imkan verməyiblər. Deyiblər ki, pasiyentlərə ancaq seçkiyə yaxın günlərdə oksigen balonlarıyla yardım göstərə bilərlər.

Bir neçə gün öncə paytaxt Karakasdakı xəstəxanaların birində də prezident Nikolas Maduronun tərəfdarları ilə əleyhdarları arasında qarşıdurma baş vermişdi.

Venesuela Venesuela

Bu arada, fevralın 23-dən bəri Venesuelanın təhlükəsizlik qüvvələrinin 1000-ə yaxın əməkdaşı Kolumbiyaya qaçıb. Bu barədə Kolumbiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, onların özlərilə yanaşı, 400 nəfərə yaxın ailə üzvləri də Kolumbiya hökumətindən kömək istəyib.

Xarici İşlər Nazirliyi bəyan edir ki, Kolumbiya tarixində ən ağır miqrasiya böhranı ilə üzləşib. Bununla belə, onlar ölkəsini tərk etmək məcburiyyətində qalmış venesuelalılara yardım etmək niyyətindədir.

Son xəbərlər
Bütün xəbərlər »