Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnternetə yeni sosial şəbəkə gəlir - Arxasında nəhəng şirkət dayanıb

 İnternet aləminə yeni sosial şəbəkə gəlir. Həm də yeni şəbəkənin arxasında böyük və iddialı bir şirkət dayanır.

Bizimyol.info xəbər verir ki, Rusiyanın populyar "Yandeks" şirkəti "Aura" adlanan sosial şəbəkənin işə salındığını elan edib. Şəbəkə hələlik sınaq mərhələsindədir, bununla belə, necə işləyəcəyi barədə məlumatlar var.

"Aura" əsasən, öz üzvləri üçün özü dostlar tapacaq. Bunun üçün "Yandeks"-in bütün qanadlarının istifadəçilər barədə leqal qaydada topladığı məlumatlardan istifadə olunacaq. Həmçinin istifadəçilər paylaşımlar üçün tarqetinq funksiyasından da istifadə edə biləcəklər, yəni paylaşmların göstərilməsi üçün yaş, cins və ərazi parametrləri verə biləcəklər.

Hazırda sosial şəbəkəyə yalnız "Aura"-nın öz dəvəti ilə düşmək mümkündür. Daha sonra şəbəkənin üzvü olan şəxs öz dostlarını dəvət edə bilər. Sutka ərzində yalnız 5 dost dəvət etmək mümkün olacaq.

Yandeks

Həmçinin "Aura" saxta profillərə qarşı sərt olacağını da açıqlayıb. Moderatorlar profil şəkillərinin, ad və soyadın düzgün olmasını izləyəcəklər. Paylaşımlarda isə qadağan olunmuş leksikadan istifadə olunmasına imkan verilməyəcək.

Şəbəkənin tam gücü ilə işə düşəcəyi tarix isə hələlik dəqiq bəlli deyil.

Son xəbərlər
Bütün xəbərlər »