Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NASA iki qalaktikanın toqquşmasını qeydə aldı, Yerin dağılma tarixini açıqladı - Foto

Mütəxəssislər hesab edir ki, 4 milyard il sonra bizim qalaktika Andromeda adlanan başqa bir ulduzlar sistemi ilə toqquşaraq, məhv olacaq. Bizdən xeyli uzaqda buna bənzər hadisənin baş verməsi ciddi iddialar ortaya qoymağa şərait yaradıb.

Bizimyol.info xəbər verir ki, “Hubble” teleskopu ilə nadir hadisəni müşahidə etmək mümkün olub. Yer kürəsindən 230 milyon işıq ili uzaqlıqda iki qalaktika toqquşub. NASA və ESA bu toqquşmanın videosunu “Twitter”də yayıb.

Hələ 1864-cü ildə astronomlar ulduzlar və planetlər toplusunu müşahidə etmişdi. Bunu NGC 6052 adlandırmışdılar. Onda astronomlar dumanlıqdan baş çıxara bilməyib, həmin məfhumu kosmik obyekt kimi qəbul etmişdilər. Amma XX əsrin ortalarında rus alimi Boris Vorontsov-Velyaminov fenomenin iki qalaktikanın qarşılaşmasından əmələ gələn hadisə olduğunu bildirmişdi.

“Hubble” ilk dəfə qalaktikaların toqquşmasını lentə almaqla tarixə düşdü. İndi bizi hansı təhlükənin gözlədiyini daha əyani görə bilərik.

Qalaktikaların toqquşması Qalaktikaların toqquşması | Foto: NASA

Mütəxəssislər hesab edir ki, yaşadığımız Samanyolu qalaktikası da NGC 6052-nin taleyini yaşaya bilər. Böyük ehtimalla 4 milyard il sonra Andromeda ilə toqquşacağıq. Əlbəttə, o vaxta qədər Yer kürəsi sıradan çıxmazsa.

Keçən ilin avqustun 16-da Yer kürəsinin Nibiru adlanan planetlə toqquşacağı xəbərini həyəcanla yayırdılar. Onda Rusiya astrologiya məktəbinin rektoru Mixail Borodaçev təlaşa əsas olmadığını bildirmişdi. O, yaxın 50-100 ildə dünyanın sonunun gəlməyəcəyini söyləmişdi.

Son xəbərlər
Bütün xəbərlər »