Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Marselo və Ramos məşqdə əlbəyaxa oldu

“Real”ın üzərini qara buludlar alıb. Madridin futbol klubu Çempionlar Liqasında mübarizəni dayandırıb. İspaniya çempionatında, demək olar, birinci yeri tutmaq şansı qalmayıb. “Real” ölkə kubokunda da yarışı tərk edib.

Bizimyol.info xəbər verir ki, “Real”ın son məşqində futbolçular arasında dava düşüb. Marselo ilə Serxio Ramos əlbəyaxa olub. Məşqdə ənənəvi ikitərəfli oyun keçirilirmiş. Marselonun komandası qalib gəlib. Braziliyalı futbolçu qələbəni çox çılğın qeyd edib. Bu, Serxio Ramosun xoşuna gəlməyib. Futbolçular bir-birini vurmaq dərəcəsinə çatıblar. Komanda yoldaşları onlara imkan verməyib.

Kriştiano Ronaldonun ardınca Marselonun da yayda “Yuventus”a keçəcəyi gözlənilir. Qəribədir ki, Serxio Ramosun da braziliyalı komanda yoldaşı ilə Turinə gedəcəyi yazılır. Bu mənada onların əlbəyaxa olması çox təəccüblüdür.

Son xəbərlər
Bütün xəbərlər »