Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İdmançımız 7 il sonra Azərbaycana medal qazandırdı - Fotolar
8-16 mart tarixlərində ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında dünya birinciliyi start götürüb.

“Qafqazinfo” xəbər verir ki, 50 ölkədən 200-dən çox atletin mübarizə apardığı yarışda Azərbaycan milli komandasının üzvləri də iştirak edirlər.

55 kq çəki dərəcəsində Ömər Cavadov birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirib 96 kq nəticə göstərib. Bu nəticə ilə o, bu hərəkətdə dünya birinciliyinin bürünc medalına sahib çıxıb.

Qeyd edək ki, bu, Azərbaycan yeniyetmələrinin dünya birinciliklərində 7 illlik fasilədən sonra əldə etdiyi ilk medaldır. Sonuncu dəfə 2012-ci ildə Slovakiyanın Koşitse şəhərində keçirilən yarışda +94 kq çəki dərəcəsində Azər Məmmədli nail olmuşdu.

Ömər təkanla qaldırma hərəkətində nisbətən zəif çıxış edərək 115 kq-ı başı üzərinə qaldırıb. O, bu hərəkətdə 9-cu yeri tutub. Ümumilikdə 211 kq (96+115) nəticə göstərən Cavadov yekun sıralamada 4-cü pilləni tutub.

Son xəbərlər
Bütün xəbərlər »