Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadını hipnoz edib itini oğurladılar

Oğrular istəyinə çatmaq üçün çox üsuldan istifadə edir. Amma hipnozdan istifadə nadir hadisələrdəndir.

Bizimyol.info xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində təqaüdçü qadını hipnoz edərək, ov itini oğurlayıblar. 56 yaşlı peterburqlu taksa növündən olan ev heyvanını gəzdirməyə çıxıbmış. Ona yaxınlaşan qadın hipnozla iti rahatca apara bilib.

İş orasındadır ki, it heç də bu təqaüdçü qadının deyilmiş. Ona itini qonşuluqda yaşayan kişi həvalə edibmiş. İtin gerçək sahibi xəstədir, xəstəxanada yatır.

İndi polis həm taksanı axtarır, həm də oğru qadını.

Son xəbərlər
Bütün xəbərlər »