Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransada polisləri döyən məşhur boksçunun cəzası məlum oldu - Video

Fransadada "Sarı jiletli"lərin aksiyasına qatılaraq, polisləri döyən boks üzrə yüngül çəkidə dünya çempionu Kristofer Dettingerin cəzası məlum olub.

Yanvarın 5-də baş vermiş hadisənin ardından 7 yanvarda saxlanılan boksçuya 1 il həbs, 1,5 il də inzibati həbs cəzası verilib. O, gecələri həbsxanada qalmaq şərtilə gündüzlər işləyə biləcək. Bundan başqa 37 yaşlı boksçu döydüyü polislərdən birinə 3 min, digərinə isə 2 min avro təzminat ödəyəcək.

Dettinger məhkəmədə verdiyi ifadəsində polislərin yerə yıxılmış bir qadını təpiklədiyini gördükdən sonra məsələyə müdaxilə etdiyini bildirib. O, tutduğu əməldən peşman olduğunu dilə gətirib.

Qeyd edək ki, boksçunun görüntüləri sosial şəbəkələrdə sürətlə yayıldıqdan sonra "Sarı jiletlilər"in önəmli şəxslərindən birinə çevrilmişdi. Dettingerin məhkəmə xərclərinin qarşılanması üçün internet üzərindən aparılan kampaniyada qısa zaman ərzində 120 min avro toplanıb. (Qaynarinfo.az)

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
››› Tarif Şurasının son qərarı əhalinin ödəmə qabiliyyətinə heç bir təsir etməyəcək - Rəsmi
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
Son xəbərlər
Bütün xəbərlər »