Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Jurnalist meşədə qadağan olunan sərvəti yığıb - Video

Azərbaycanda meşələrdən meyvə yığmaq qadağandır.

Bu barədə Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 1993-cü il 27 dekabr tarixli 636 nömrəli qərarı var.

Bir həftə öncə baş nazir Novruz Məmmədov bu qərara dəyişikliklər edərək, cərimələrin məbləğini artırdı. Bu dəyişiklik sosial şəbəkələrdə müzakirələrə səbəb olduğu üçün baş nazirin qərarı ləğv olundu. Amma yenə də meşə qırma bileti (orderi) olmadan, meşədən meyvə yığmaq olmaz.

Bizimyol.info-nun əməkdaşı Ramid İbrahimov bu qərarın icra olunub-olunmamasını müəyyənləşdirmək üçün Şamaxıya, Pirqulu meşəsinə gedib.

Jurnalist meşənin mühafizə edilməsi məqsədilə kameraların quraşdırılmadığının və nəzarətin həyata keçirilmədiyini müşahidə edib, eləcə də, meşə sərvətinin tədarükü və yığılmasını qadağan edən işarəyə, bildirişə rast gəlməyib.

O, meşədə itburnu yığaraq, buradanb yığdığı itburnu ilə çay içməyə gedib.

Həmin reportajı təqdim edirik:

Son xəbərlər
Bütün xəbərlər »