Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Göz linzaları təhlükəlidirmi? "Böyük bəlalarla qarşılaşa bilərlər, infeksiya riski var" - Video

Son günlər linzalarla bağlı məsələ mətbuatın gündəmini zəbt edib. Belə ki, linzalarla bağlı çoxsaylı fikirlər yaranmaqdadır.

Bir qism insanlar daha çox estetik gözəllik xatirinə istifadə olunan linzaların gözə həddindən artıq zərərli olduğunu və gözün zəifləməsinə gətirib çıxardığını söyləsə də, digər qism insanlar bunun heç də zərərli olmadığını bildirirlər.

Bizimyol.info məsələ ilə bağlı peşəkarlara müraciət edib və onların fikirlərini öyrənib. "MedEra" hospitalının Oftolmologiya şöbəsinin müdiri, oftalmoloq uzman Fariz Sadıqov linzaların doğru istifadə edilmədiyi təqdirdə insanın görməsinə göstərəcək mənfi təsirlərdən söz açıb, o qeyd edib ki, rəngli linzalar doğru istifadə edilmədikdə gözə oksigen çatışmazlığı yarada bilər və gözə infeksiya düşməsinə səbəb ola bilər.

"Favorit" optika əməkdaşı olan mütəxəsis Muxtarova Turanə isə deyir ki, rəngli linzalardan daha çox 20-40 yaşına qədər olan xanımlar istifadə edir ki, bu da gün ərzində daha çox istifadə olunarsa infeksiyalara və digər xəstəliklərə səbəb ola bilər.

Daha ətraflı məlumat əldə etmək üçün əməkdaşımızın hazırladığı videomaterialı izləyə bilərsiniz:

Son xəbərlər
Bütün xəbərlər »