Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alimlər ağcaqanadların iştahını küsdürməyin yolunu tapıb

Yay gələndə ağcaqanadlar qədər insanların zəhləsini tökən həşərat olmur. Sözün birbaşa mənasında qanımızı içirlər.

Bizimyol.info xəbər verir ki, alimlər ağcanadların iştahını küsdürməyin yolunu tapıb. Nyu Yorkdakı Rokfeller universitetinin elm adamları həşəratın aclıq hissinin qarşısını almağın çarəsini müəyyənləşdirib.

Araşdırmalar üzə çıxarıb ki, ağcaqanadlarda da insanlar kimi aclığa 7 reseptoru cavabdehdir. Bu reseptor Y neyropeptidinə çox bənzəyir. Eksperiment zamanı ağcaqanadları təbii qan və tərkibinə aclıq reseptorunun aqonist kimyəvi birləşməsi, o cümlədən, əks effekt verməklə seçilən antaqonist elementi qatılan süni qanla qidalandırıblar. Məlum olub ki, təbii qanla qidalananda həşərat yumurta qoya bilir. Kimyəvi tərkibli qanla qidalanmaq isə iştahı küsdürür.

Siçanlarla eksperiment araşdırmanın effektivliyini göstərib. Ağcaqanadlar kimyəvi tərkib üzündən daha az qan içib.

Son xəbərlər
Bütün xəbərlər »