Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Meymunların zooparkdan qaçış planı kameraya yaxalandı - Video

Bizə zooparkda heyvanları izləmək çox xoşdur. Amma onlar həmişə heyvanxanadan qaçmaq haqqında düşünürlər. Son vaxtlar buna bənzər xəbərlər çox eşidirik.

Bizimyol.info "Daily Mail"-ə istinadən xəbər verir ki, Şimali İrlandiyanın paytaxtı Belfast zooparkında şimpanze qəfəsdən qaçıb. Qəfəs deyəndə söhbət heyvanlar üçün volyer adlanan ayrıca ərazidən gedir. Orada barmaqlıqlar olmur, amma eyni zamanda heyvanların kənara çıxması imkansız görünür. Buna baxmayaraq, şimpanze imkansızı həyata keçirib. Ağac budağı tapan heyvan bundan istifadə edərək, hasarı aşıb. Bunu zooparka gələn adamlardan biri videoya da çəkib.

Şimpanze çox uzağa gedə bilməyib. Zoopark əməkdaşlarından biri onu tutub geri qaytarıb.

2001-ci ildə Budapeşt zooparkından iki şimpanze qaçmağı bacarmışdı. Onda heyvanlardan biri çoxmənzilli binaya soxulmuşdu. Digər şimpanze isə pivə içib sərxoş olmuşdu.

Paylaş »
››› İyulun 26-na olan hava proqnozu
››› Tokio-2020: Azərbaycan təmsilçilərindən 10-u mübarizəni dayandırdı
››› Müsəlman idmançı israilli ilə qarşılaşmamaq üçün olimpiadadan imtina edib
››› Sürücünün halı pisləşdi, polis yardıma yetişdi - Foto
››› Şeyxdən ona ünvanlanan ittihamlara cavab
››› Heyrət, ey Şeyx... və ya üzrü günahından betər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »