Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Müsyö Jordan” öldü

Rusiya Federasiyasının xalq artisti Sergey Yurski vəfat edib. Ad sizə çox şey demirsə, bir filmimizi xatırlamağa dəyər. Yurski 1976-cı ildə Kamil Rüstəmbəyovla Şamil Mahmudbəyovun birlikdə çəkdiyi “Dərviş Parisi partladır” filmində Müsyö Jordan obrazını yaratmışdı.

Bizimyol.info xəbər verir ki, aktyorun martda 83 yaşı tamam olacaqdı. O, 1957-ci ildən filmlərə çəkilirdi. Kinematoqrafiyada ən sonuncu rolu isə “Yoldaş Stalin” filmində Stalin obrazı olub. Yurski xəstəliyi ilə əlaqədar 2011-ci ildən sonra kino nümunələrində rol almırdı.

Yurski Rusiya hakimiyyətinin kəskin tənqidçisi kimi tanınırdı. Aktyor ölkəsinin Krımı işğal etməsini çox tənqid edirdi. Kinematoqrafiyada son rolu Stalin obrazı olsa da, müsahibələrində Rusiyanın stalinizmə yoluxmasından narahatlığını bildirirdi. Krımla bağlı çıxışlarına görə Ukraynada çox sevilir.

Yurskinin yeganə övladı olan Darya Yurskaya da aktrisadır. O, Moskva Bədii Teatrında işləyir.

Son xəbərlər
Bütün xəbərlər »