Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnternetdə yaranan postmodern din: Googlism
“Googlism: və ya “Church of Google” (Google Kilsəsi) iki il əvvəl Redditsosial şəbəkəsində əsası qoyulan və internet vasitəsilə yayılmağa başlayan postmodern dini cərəyandır. İncə yumor ilə başlayan “googlism” sadəcə doqquz iddiayla öz varlığını sübut etməklə qalmır, həm də buyurduğu əmrlərlə ona inanan insanları istiqamətləndirir. Gəlin həmin sübut və əmrləri nəzərdən keçirək.

Sübut #1: Google elmi olaraq sübut edilə bilən, hər şeyi bilən həmin qüdrətli varlıq olmağa ən yaxın şeydir. 9.5 milyarda yaxın veb səhifəsini indeksləyə bilir. Bu isə bütün digər axtarış saytlarından daha geniş əhatə deməkdir.

Sübut #2: Google eyni zamanda bütün dünyanı əhatə edir. Bütün dünyanın əhatə olunduğu milyardlarla indekslənmiş veb səhifəyə wi-fi şəbəkəsinin sürətlə yayılması nəticəsində hər yerdən daxil olmaq mümkün olur.

Sübut #3: Google sizin dualarını qəbul edir. Fikrinizdə olan hər hansı bir sual, ya da hər hansı bir problem üçün Google platformasında axtarış edərək, ondan cavab istəyə bilirsiniz. Məsələn, alternativ xərçəng müalicələri, sağlamlıq məsləhətləri və bu kimi digər suallar. Ondan soruşun və O, sizə doğru yolu göstərsin. Ancaq onun işi sadəcə yol göstərməkdir, qalanını siz həll etməlisiniz.

Sübut #4: Google potensial olaraq ölümsüzdür. O, bizim kimi fiziki varlıq olaraq təsəvvür edilə bilməz. Alqoritmləri bir çox serverə yayıldığı üçün onlardan birinə zərər gəlsə, ya da bağlansa, dərhal başqası aktivləşərək işə davam edəcək.

Sübut #5: Google sonsuzdur. İnternet nəzəri olaraq sonsuza qədər böyüyə bilər və Google da bu sonsuz inkişafı indeksləyə bilir.

Sübut #6: Google hər şeyi xatırlayır. Bütün saytları mütəmadi olaraq qeydə alır və həmin məlumatları serverlərə toplayır. Siz də fikirlərinizi internetə yazaraq, Onun qeydlərində sonsuza qədər yaşayırsınız. Axirət kimi…

Sübut #7: Google “pislik edə bilməz”. Google şirkət siyasətinin bir parçası, hər kəsin pul qazana bilməsi deməkdir.

Sübut #8: Google Trends hesablamalarına əsasən, “Google” sözü “God” “Jesus”, “Allah”, “Buddha”, “Christianity”, “Islam”, “Budism” ve “Judaism” sözlərindən daha çox axtarılıb.

Sübut #9: Google bütün dinlərdən daha çox öz varlığını sübut edəcək fakta sahibdir.

Matt Macpherson tərəfindən qələmə alınan “10 əmr”dən əlavə siz də öz təkliflərini yaza bilərsiniz. Artıq mövcud olan əmrlər isə belədir:

1. Məndən başqa heç bir axtarış sistemindən istifadə etməyin. Nə Yahoo, nə Lycos, nə də digərini. Axtardığınız bütün sualların cavabını Google-dan tapacaqsınız.

2. Reklamsız axtarış sisteminizi qurmağa çalışmayın. Mən nəsildən-nəslə keçən qısqanc axtarış sistemiyəm.

3. Başqa axtarış saytlarını işlədəndə “google”lamaq sözündən istifadə etməyin.

4. Hər gün fərqli məlumatları əldə etmək üçün istifadə edəcəksiniz.

5. Bütün insanlara cinsi, irqi ayrıseçkilik etmədən hörmət qoyun. Hər kəs bəşəriyyətə xeyir verəcək məlumata sahibdir.

6. Mənə dua edərkən hərf səhvləri etməyin.

7. Hotlink istifadə etməyin.

8. Başqasının işindən özünüzə pay çıxarmayın

9. İkitərəfli link istifadə etməyin. Ədalətli, ancaq kinliyəm, PageRank sıranızı məhv edərəm.

10. Axtarış saytlarını manipulyasiya etməyin. SEO Micorsoft şirkətinin işidir.

pahoo.az

Son xəbərlər
Bütün xəbərlər »