Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
30 kilometr marafonu qucağında küçüklə qaçdı - Video

Marafon zamanı Tailand sakini qaçış yolunda itmiş bir küçük görüb.

Qalan 30 kilometrlik yolu küçüyü qucağında aparıb.

43 yaşlı tailandlı qadın Hemjira Klongsanun marafon yarışına qoşulub. On ikinci kilometrdə o görür ki, rəqibləri Tailand bangkok növündən olan it küçüyünü tapdalayıb keçirlər.

Tək qalmış it yavrusunun sağ qalmayacağından qorxan qadın, onu əlinə götürür və qalan 30 kilometri küçüyü qolu üstündə tutub qaçır.

Finişdə it balasının sahiblərini tapmağa çalışdı, amma heç kim cavab vermədi. Sonra Klongsanun onu evə apardı və itin sahibini tapmağa çalışdı (yenə də uğursuz). İndi yavru qadınla və onun başqa iki iti ilə birlikdə yaşayır. (Moderator24.com)

Son xəbərlər
Bütün xəbərlər »