Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Kitab qurdları” üçün 5 faydalı sosial şəbəkə
Sosial şəbəkələr az qala real həyatdakı hər sahəyə fəaliyyətlərini sığışdırmağı bacarırlar. Fotoqraflar üçün xüsusi şəbəkələr, sənətsevərlər üçün qurulan sosial şəbəkələr, işgüzar əlaqələr üçün sosial şəbəkələr və sair olmaqla, bu siyahını çox uzatmaq mümkündür və gələcəkdə yəqin ki, artmağa da davam edəcəkdir. Biz isə bu gün məhz kitabsevərlər üçün hazırlanmış 5 sosial şəbəkəni toplayaraq, onlardan faydalanmağınız üçün sizə təqdim edirik.

Goodreads

Goodreads bu şəbəkələr arasında ən məşhurudur. Azərbaycanda da artmaqda olan istifadəçi sayı ilə bu şəbəkə, ISBN bazası ilə çalışdığı üçün demək olar ki, bütün kitablarla bağlı məlumat, şərh və müzakirələri özündə cəmləşdirir.

Shelfari

Kitablar üçün açılan sosial şəbəkələr arasında Shelfari ən birincilərdən biridir. 2008-ci ildə Amazon tərəfindən alınan sosial şəbəkədə təəssüf ki, bizim yerli istifadəçilər hələ çox aktiv görünmürlər.

Librarything

LibraryThing təkcə sosial şəbəkə deyil, həm də böyük kitabxanaya sahib istifadəçilər üçün kitablarının idarəsini həyata keçirməyə çalışan şəbəkədir. Lakin, müəyyən saydan çox kitabı olanlar üçün xidmət pulludur. Xidmət haqqı çox deyil.

BookCrossing

BookCrossing kitabsevərlərin xüsusi hesab etdiyi bu sosial şəbəkə əsl tapıntıdır. Kitablarınıza kiçik bir etiket verərək, dünyanın dörd tərəfində oxunması üçün şərait yarada bilərsiniz.

Bookmooch

Bookmooch da Bookcrossing kimi kitabların rəflərdə köhnəlməsinin qarşısını almaq üçün yaradılmış bir şəbəkədir. Əsas fərqi bu şəbəkədə kitabların mübadiləsi təməl prinsipdir.

pahoo.az

Son xəbərlər
Bütün xəbərlər »