Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pensiyası doğru hesablanmayan keçmiş deputat DSMF-ni məhkəmədə uddu? - Açıqlama

Keçmiş deputat Asya Manafova alacağı pensiyanın doğru hesablanmamasına görə məhkəməyə müraciət edib.

Redaksiyamıza daxil olan məlumatlara görə, isə deputat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunu məhkəmədə udub.

Daxil olan məlumatla bağlı Bizimyol.info keçmiş deputat Asya Manafova ilə əlaqə saxlayıb. Bu barədə açıqlama verən Asya Manafova bu problemin təkcə onun deyil, bütün deputatların problemi olduğunu bildirib:

"Bu tək Manafovanın problemi deyil, bu bütün deputatların problemidir. Mən bir çox şeyləri udmuşam. Lakin ətraflı məlumat vermək istəmirəm".

Rövşən Əsədov

Son xəbərlər
Bütün xəbərlər »