Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hansı ayda hara getmək məsləhətdir - 2017-ci ilin səyahət xəritəsi
Böyük Britaniyanın “İndependent” qəzeti 2017-ci ilin səyahət xəritəsini dərc edib.

Xəritədə 12 ay və hər aya görə hara səyahət etmək əksini tapıb.

Yanvarda Çiliyə, fevralda gözəl plyajlarına görə Kipr Respublikasına, martda Qanaya, apreldə isə Pasxa bayramını keçirmək üçün ABŞ-ın Nyu-Orlean şəhərinə getməyi məsləhət görülür.

Mayda getmək üçün ən ideal ölkə Perudur.

Avqustda isə ABŞ-da Sakit okean sahillərindəki şəhərləri ziyarət etmək məsləhətdir.

Sentyabrda Danimarkanın ikinci ən böyük şəhəri Orhus, oktyabrda Çinin Sian şəhəri, noyabrda Yeni Zellandiya ən gözəl səyahət marşrutu hesab olunur.

2017-ci ilin son ayı üçün isə Amsterdam küçələrində gəzmək məsləhət görülür.

seyahetchi.com

Son xəbərlər
Bütün xəbərlər »