Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kürdəmirdə yol qəzası

Kürdəmir rayonunda yol qəzası baş verib.

Bizimyol.info-un "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Atakişili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Karrar qəsəbə sakini Xəyal Aydın oğlu Əliyevin idarə etdiyi 33 BE 858 dövlət qeydiyyatı nişanlı "VAZ-2107" markalı minik avtomobil, Göyçay rayon sakini Rəhim Elxan oğlu Məmmədovun idarə etdiyi 90 CT 860 dövlət qeydiyyatı nişanlı "Mercedes" markalı minik avtomobilinə çırpılıb. Qəza nəticəsində sürücülər xəsarət almasalar da, hər iki maşına ziyan dəyib.

Qəzaya yağışlı hava şəraitinin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »