Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Damla: "Xoşbəxtlikdən göyün 7-ci qatında idim"

"Taxta ayı" filmi ilə diqqətləri üzərinə çəkməyi bacaran müğənni Damla növbəti filminə ekran həyatı verməyə hazırlaşır.

Musavat.com saytına açıqlama verən ifaçı deyib ki, ilk filmi çox uğurla və reytinqli şəkildə başa vurub. Ona görə də ikinci filmi çəkməyə hazırlaşır: "Dünəndən bəri o qədər sevgi dolu mesajlarınız gəldi ki, xoşbəxtlikdən göyün 7-ci qatında idim. Bundan böyük xoşbəxtlik nə ola bilər?

"Taxta Ayı 2" gəlsin" deyənlər, hələ də dayanmadan yazanlar var. Sizin hər istəyiniz, hər kəlməniz qanunumdur. Niyə də olmasın?! Yetərincə gözəl komediya filmlərimiz çəkilir. Düşünürəm ki, dram janrında da filmlərimiz olmalıdır. Biz bunu bacardıq. Allahıma şükürlər olsun ki, zəhmətimiz yerdə qalmadı. Ona görə də yenidən iş başına keçirik".

Son xəbərlər
Bütün xəbərlər »