Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşaq mənə su əvəzinə spirtli içki verdi - Şaxta Babanın əhvalatları (Video)
Acısı, şirini ilə həyatımızda iz qoyan 2018-in tarıxə qovuşmasına artıq saatlar qalıb. Yeni ilin gəlişindən bizi xəbərdar edən, özünəməxsus səsi, hədiyyələri ilə bizi sevindirən Şaxta babasız bu bayramı təsəvvür etmək olmaz.

Artıq yeddi ildir Şaxta baba kimi fəaliyyət göstərən Azərbaycan Musiqili Komediya Teatrının aktyoru Elməddin Dadaşov deyir ki, bu işə ciddi yanaşır.

Bayram günlərində uşaqları əyləndirmək üçün valideynlərin dəvəti ilə evlərə gedən müsahibim ilk dəfə bu işə başlamaq üçün Şaxta baba paltarının olmadığını aktyor dostlarının ona kömək etdiyini deyir.

Başına gələn maraqlı əhvalatlardan da danışan Elməddin Dadaşov deyir ki, “getdiyim evlərdən birində spirtli içki içib yatıb qalmışdım. Yuxudan oyananda artıq saat gecə dörd idi. İçkini mənə ev sahibinin doqquz yaşlı uşağı vermişdi”.

Son xəbərlər
Bütün xəbərlər »