Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xalq artistinin ayağı amputasiya ediləcək
Xəbər verdiyimiz kimi, Xalq artisti Ramiz Əzizbəyli artıq bir neçə gündür xəstəxanaya yerləşdirilib. Üç dəfə insult keçirən aktyorun ayağında qanqrenanın yaranması səhhətinin pisləşməsinə səbəb olub. Artıq həkimlər Ramiz Əzizbəyli ilə bağlı bu gün qərara gəliblər.

Xalq artistinin sputnik.az-a danışan qızı Cəlalə Əzizbəyli bildirib ki, bugünkü konsultasiyada Ramiz Əzizbəylinin sabah əməliyyat olunması ilə bağlı qərar qəbul edilib:

“Çünki barmaq hissə çürüyüb və qanqrena getdikcə irəliləyir. Həkimlər daha çox sepsis olma ehtimalından qorxurlar. Bu səbəbdən də atamın ayağının daban hissədən kəsilməsi ilə bağlı qərara gəliblər. Atamın o biri ayağı da xəstə olduğundan həkimlər istəyir ki, heç olmasa, bu ayaqla dayaq saxlaya bilsin”.

Son xəbərlər
Bütün xəbərlər »