Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
4 nəfərin ölümünə səbəb olan sürücünün cəzası azaldıldı
Bakı Apellyasiya Məhkəməsində 4 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası törətməkdə təqsirləndirilən Elturan Fərəcovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizimyol.info xəbər verir ki, hakim Vaqif Mursaqulovun sədrlik etdiyi kollegiyanın qərarı ilə E.Fərəcovun apellyasiya şikayəti qismən təmin edilib. Belə ki, onun 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası 7 il 6 aya endirilib.

Hadisə 2017-ci ilin iyul ayının 13-də gecə saatlarında Ələt-Astara magistralında baş verib. Rusiyaya gedən "Mercedes" markalı mikroavtobus "KamAZ" markalı qoşqulu yük maşınına çırpılıb. Qəza nəticəsində "Mercedes" markalı maşının sərnişinlərindən 4 nəfəri - 1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu, 1982-ci il təvəllüdlü Qəhrəmanov Şahid Əbdülhüseyn oğlu, Rusiya vətəndaşı, 1947-ci il təvəllüdlü Xudaverdiyev Ramiz Ağahüseyn oğlu və 1951-ci il təvəllüdlü Abdullayev Azad İsməli oğlu dünyasını dəyişib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Fərəcov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan sürücü apellyasiya şikayəti verib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »