Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəkidə piyadanı avtomobil vurub

Bu gün axşam saatlarında Şəki şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, 1968-ci il təvəllüdlü Balakən rayon sakini Ömərov Ramiz Məhəmməd oğlu Sabit Rəhman prospektində yolu keçmək istəyən zaman "55-CA-423" dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomibil tərəfindən vurulub.

Xəsarət alan şəxs dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Oradan "Report"a verilən məlumata görə, yaralı Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »