Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrovdan sərt açıqlama: "ABŞ təhlükəli oynayır"

ABŞ Fəratın şərqi və Suriyanın digər bölgələrindəki fəaliyyəti ilə “kürd kartı”nı oynayır.

Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, bu fəaliyyətlər Suriyanın ərazi bütövlüyünü pozur:

“Fəratın şərqində baş verənlər Suriyanın ərazi bütövlüyünün pozulmasıdır. Bu, hər kəsə məlumdur. ABŞ xüsusi təyinatlıları ilə müşavirlərinin olduğu Fəratın şərqi və ölkənin digər ərazilərindəki fəaliyyəti ilə “kürd kartı”nı oynayır.

Bu kürd məsələsinin region ölkələrində (Türkiyə, İraq və İran) nə qədər önəmli olduğunu nəzərə alsaq, bu, çox təhlükəli bir oyundur”. (Axar.az)

Son xəbərlər
Bütün xəbərlər »