Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hafiz Hacıyev: Gərək qohumun, tanışın ola ki, milliyə düşəsən

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev futbol millimizin Kosovoya 0:4 hesabı ilə darmadağın olunmasına münasibət bildirib.

O, Oxu.Az-a açıqlamasında oyuna baxmadığını, amma nəticəni eşidəndə şoka düşdüyünü deyib:

“Biz bu durumdan çox narahatıq. Azərbaycan millisinin bu dərəcə passiv olması bizləri üzməyə bilməz. Oyunbazlıqla, dostbazlıqla yığılan uşaqlardır, onlar da oynaya bilmirlər. Bu dəqiqə elə zamandır ki, bacarıqlı mütəxəssisə, bacarıqlı oyunçuya yer yoxdur. Gərək qohumun, tanışın ola ki, milliyə düşəsən. Orada idmançılar arasında, görün, normal olanı varmı? Hamısı tanışlıqla, minnətlə seçilən uşaqlardır. Yaxşı oynayanlarımız kənarda qalıb.

Bir dəfə idmançılardan biri ilə təsadüfən söhbətim oldu. O mənə dedi ki, bizdə oynayan futbolçulara imkan vermirlər. Biri gəlib deyir ki, buna da top verin, görək oynaya bilirmi?! Biz bəlaya düşmüşük. Allah-təala özü bizə kömək olub, millini bu bəladan xilas etsin.

Bizi bu vəziyyət bir vətəndaş, bir partiya sədri, millətinin, dövlətinin qayğısını çəkən bir insan kimi üzür. Azərbaycan yığmasına bugünədək ayrılan pullar müqabilində nə işlə məşğul olması hələ də bəlli deyil. Bizdə heç kim heç kimi qəbul etmək istəmir”.

Azərbaycan himninin kosovolular tərəfindən fitə basılmasına gəlincə, Hafiz Hacıyev bildirib ki, onları Bakıya qoymaq olmaz:

“Kosovolular bizim himnimizə hörmətsizlik edirsə, dövlətimizin atributunu təhqir edirlərsə, onları buraya qoymağa dəyməz. Onları Azərbaycan həndəvərinə buraxmaq olmaz. Erməni gəlib torpağımızı alır, humanizm göstəririk. Belə şeylərə ciddi reaksiya verməliyik. Bu cür məsələlərə reaksiya verməməyimiz bizi bu günə gətirib çıxarıb”.

Son xəbərlər
Bütün xəbərlər »