Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qaynını çəkiclə öldürən şəxsin məhkəməsi başladı
Ölən şəxsin oğlu isə imtahandan kəsildiyi üçün intihar edib

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Eldar Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Bizimyol.info xəbər verir ki, hakim Əliövsəd Abasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, baxış iclası noyabrın 29-na təyin edilib.

İttihama görə, E.Məmmədov qayını Mərkəz Quliyevi qətlə yetirib.

Məlumata görə, M.Quliyev işləmək üçün Rusiyaya gedib. Daha sonra Bakıda yeznesi E.Məmmədovun adına özü üçün mənzil alıb. M.Quliyev hadisədən bir müddət əvvəl Rusiyadan Bakıya qayıdıb və E.Məmmədovdan evi onun adına keçirməsini istəyib. Lakin hər iki şəxs arasında mübahisə düşüb, iş məhkəməyə qədər gedib çıxıb. Məhkəmə binasına yaxınlaşanda E.Məmmədov əvvəldən özü ilə götürdüyü çəkiclə arxadan M.Quliyevin başına zərbə endirib. O, huşunu itirərək yerə yıxılıb. Daha sonra E.Məmmədov yerdə uzanılı vəziyyətdə olan M.Quliyevə daha 9 zərbə endirib. Bundan sonra yaxındakı adamların köməkliyi ilə M.Quliyev xəstəxanaya yerləşdirilib.

Lakin o, bir neçə gün sonra vəfat edib.

M.Quliyevin yeznəsi Eldarın adına aldığı mənzilin qiyməti təxminən 120-130 min manat olub. Qətlə görə məhkəmə prosesi baş tutmadığı üçün ev yenə də Eldarın adında qalıb. M.Quliyevin birinci oğlu vəfat etdiyi üçün Pənah yeganə varis elan olunub, bu dəfə isə ailəyə Pənahın 18 yaşı tamam olmadığı üçün ona vəkil tutmaq və bu yolla evi öz adına keçirməsi məsləhət görülüb. Ancaq 17 yaşlı Pənah Quıiyev qəbul imtahanından çıxandan sonra gecə saatlarında özünü yaşadığı binanın 4-cü mərtəbəsindən ataraq intihar edib.

P.Quliyevin son sözü də bu evlərlə bağlı olub: "Evlərin hamısını anama verirəm, ƏGƏR QALSA".

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »