Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
4 İran vətəndaşı sərhədi pozdu
Son günlərdə 4 İran vətəndaşı saxta sənədlərlə Azər­­­­­­bay­cana keçmək istəyib.

Dövlət Sərhəd Xidmətinin verdiyi xəbərə görə, noyabr 21-də “Tehran-Bakı” aviareysi ilə ölkəmizə uçub gələn İran vətəndaşları 1969-cu il təvəl­lüdlü Abdikord Əli Qulamrıza, 1978-ci il təvəllüdlü Ebrahim­niaom­rani Arzu Qulaməli, 2015-ci il təvəllüdlü Abdikord Afşin Əli oğlu və 2001-ci il təvəllüdlü Abdikord Afaq Əlinin sərhəd nəzarətinə təqdim etdikləri İtaliya pasportları şübhə doğurub. Dərinləşdirilmiş laborator müayinə nəticəsində saxta olmaları müəyyən edilib. Araşdırma zamanı saxlanılmış şəxslərin üzərində onlara məxsus İran pasportları aşkar olunub, həmin pasportlara əsasən onların 17.11.2018-ci il tarixdə «Tehran-İstanbul» aviareysi ilə uçmaları və bir gündən sonra geri qayıtmaları müəyyən olunub.

Saxta İtaliya pasportlarını da Türkiyədən almaları ehtimal edilir. Müvafiq araşdırmalardan sonra saxlanılmış şəxslər gəldikləri istiqamətdə ölkə ərazisindən deportasiya olunublar.

Son xəbərlər
Bütün xəbərlər »