Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Flora Kərimovanın vannada çəkilmiş fotosu yayıldı - Foto

Xalq artisti Flora Kərimova sosial şəbəkədə içinə gül ləçəkləri əlavə olunmuş vannada çəkilən fotosu ilə gündəm yaradıb.

Publika.az xəbər verir ki, 77 yaşlı artist bu fotonu instaqramda paylaşıb və bildirib ki, kadr “Qayınana” filmindəndir.

İzləyiciləri müğənnini tərif atəşinə tutaraq filmin çıxmasını səbirsizliklə gözlədiklərini qeyd edib.

Filmdə çəkilənlər arasında müğənni Riad Abdullayev, aktyor Elməddin Cəfərov, rumın müğənni Seeya və başqaları yer alıb.

Xatırladaq ki, ilk dəfə 1978-ci ildə çəkilən “Qayınana” filmində baş rolu Nəsibə Zeynalova canlandırıb. F.Kərimova həmin filmdə səsləndirilən mahnıların ifaçılarından biridir.

Son xəbərlər
Bütün xəbərlər »