“Səudiyyəli jurnalist Camal Qaşıqçı itkin düşəndən sonra Türkiyə bu hadisəni araşdırmaqdan daha çoxunu etdi. Öz torpaqlarında həyasızca, bir dövlətin dəstəyi ilə təşkil edilən edama bütün dünyanın diqqətini yönəltdi”.
Bizimyol.info Publika.az-a istinadən xəbər verir ki, bu sözlər ABŞ-ın "Vaşinqton Post" qəzetində C.Qaşıqçı hadisəsi ilə dərc edilən məqalədə qeyd olunub.
Məqalədə həmçinin C.Qaşıqçı cinayəti ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyindən bəhs edilib:
“Heç kim Ərdoğan qədər təzyiq göstərmədi”.
Məqalədə qeyd olunur ki, R.T.Ərdoğan Səudiyyə Ərəbistanını bu cinayətlə bağlı ittiham etməklə bütün dünyanın diqqətini Qaşıqçı cinayətinin araşdırmasına yönəltdi:
“Türkiyə tərəfindən verilən bəzi məlumatlar hadisəni daim canlı tutdu. Bəlkə də, bu, Səudiyyə Ərəbistanının inkar cəhdlərini söndürəcək. Tramp administrasiyasının ən yaxın ərəb müttəfiqi olan Səudiyyə Ərəbustanından uzaqlaşmasına səbəb olacaq”, - deyə qəzetdəki məqalədə vurğulanır.