Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin: "Biz təcavüz qurbanları kimi cənnətə düşəcəyik"

Moskva yalnız kiminsə analoji şəkildə Rusiyanın ərazisinə zərbə endirəcəyinə əmin olduqda, nüvə silahından istifadə edəcək.

Bizimyol.info-un Oxu.Az-a istinadən məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin “Valday” forumunda çıxışı zamanı deyib.

“Təcavüzkar bilməlidir ki, qisas qaçılmazdır, və o, məhv ediləcək. Biz təcavüz qurbanları kimi cənnətə düşəcəyik. Onlar isə sadəcə məhv olacaqlar, çünki hətta tövbə etməyə vaxt tapmayacaqlar”, - Rusiya lideri deyib.

Putin həmçinin xatırladıb ki, Rusiya hərbi doktrinasının konsepsiyasında “preventiv” nüvə zərbəsi yoxdur, və rəsmi Moskva “bəşəriyyəti fəlakətə aparan nüvə müharibəsi”nin təşəbbüskarı ola bilməz.

Son xəbərlər
Bütün xəbərlər »